
Dünya futbolunun canlı əfsanəsi Maradona 29 il öncə "tanrının əli” ilə qol vurduğu oyunun hakimi ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, reklam çarxının çəkilişi üçün Tunisə səfər edən Maradona 1986-cı il dünya çempionatının 1/4 finalında Argentinanı 1:0 önə keçirən qolu vurduğu oyunun baş hakimi Əli ben Nasserlə görüşməyi də unutmayıb.
Görüş zamanı ulduz futbolçu deyib: "Cənab ben Nasser, sizdən üzr istəyirəm. Bu qolu Allahın əlinin köməyi ilə vurdum".
Görüş zamanı ulduz futbolçu deyib: "Cənab ben Nasser, sizdən üzr istəyirəm. Bu qolu Allahın əlinin köməyi ilə vurdum".
Görüşün ardında rəsmi "facebook” səhifəsində birlikdə şəklini paylaşan ulduz futbolçu bunları yazıb: "Bu həftə Tunisə getdim və orda DÇ-1986-nın 1/4 finalında İngiltərə ilə oyunumuzun hakimi Əli Bennaceur ilə görüşdüm. Mən ona öz formamı, o isə mənə evinin divarından asılan həmin matçın fotosunu hədiyyə etdi. Formanı "Əliyə, əbədi dostuma” adı ilə imzaladım".